23 fevral 2021, 15:40

Məhərrəm Məhərrəmovdan, Sabirabad, Azərbaycan

Dəyərli cənab Prezident.

Sizə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Xalqımızın başını xain düşmənlərin qarşısında uca etdiyiniz üçün, illərdir ürəyimizdəki Vətən həsrətinə son qoyduğunuz üçün, dövlətimizi siyasi və iqtisadi baxımdan yüksək səviyyəyə çatdırdığınız üçün çox sağ olun!

Siz xalqımızı, dövlətimizi ucaltdıqca qəlbimizdə daha da ucalırsınız. Xalqımızın bugünkü firavan həyatı və xoş gələcəyi Sizin adınızla bağlıdır.

Uca Yaradan Sizi daim uca etsin!

Hörmətlə,

Məhərrəm Məhərrəmov

Azərbaycan Respublikası, Sabirabad rayonu, Dadaşbəyli kəndi.