12 fevral 2021, 17:10

Arif Rəhimzadədən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

İcazə verin, ölkəmizin ali mükafatı − "Şərəf" ordeni ilə təltif olunduğuma görə Sizə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirim.

Mükafatın verilməsi fəaliyyətinizin ən gərgin dövrünə - dərin düşünülmüş və parlaq şəkildə həyata keçirdiyiniz iqtisadi, hərbi və beynəlxalq siyasətinizin nəticəsində əldə olunan tarixi Qələbə sevincini yaşadığımız bir vaxta düşdüyünə görə mənim üçün xüsusilə əlamətdar və qiymətlidir.

Cənab Prezident, ölkə və xalq üçün etdiyiniz hər şeyə, yüksək insani münasibətinizə görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Arif Rəhimzadə

Azərbaycan Respublikası, Bakı şəhəri.