13 fevral 2021, 10:00

İsayev Allahverdi Elmar oğlundan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən bir gənc olaraq çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai siyasi həyatında daha böyük rol oynayır. Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların daha yaxşı yaşamasına, rifahımızın yüksəlməsinə xidmət edir. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Sizi sevir və dəstəkləyirik.

Hörmətlə,

İsayev Allahverdi Elmar oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.