12 fevral 2021, 10:00

Cəbiyev Daşqın Elçin oğlundan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların daha yaxşı yaşamasına, rifahımızın yüksəlməsinə xidmət edir. Ölkəmizdə elə bir bölgə, elə bir sahə yoxdur ki, Sizin diqqətinizdən kənarda qalsın. Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Biz bilirik ki, Sizin gördüyünüz işlər nəticəsində gələcək nəsillər daha rahat, daha firavan yaşayacaqdır. Gənclər adından Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə Sizə daim uğurlar arzulayırıq. Allah Sizi xalqımıza çox görməsin. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Cəbiyev Daşqın Elçin oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.