Həmidov Bəbir Aşur oğlundan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Müstəqil Azərbaycanımızda ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Sizə bir ağsaqqal kimi minnətdarlığımı bildirirəm.
Dövlət də bir ailədir. Siz də bir ailə başçısı kimi hamımıza qayğı göstərirsiniz. Dövlət başçısı kimi göstərdiyiniz nümunəyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Cənab Prezident, bizim rayonun sakinləri qoçaq, zəhmətkeş, dövlətə sadiq insanlardır. Vətən müharibəsində rayonumuza xeyli ziyan dəyib, küçələr, evlər dağılıb, hərbçilərlə yanaşı mülki şəxslər şəhid olub.
Müharibədən dərhal sonra rayonumuzda geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Mənim 85 yaşım var. Hələ qısa zaman kəsiyində belə vüsətlə quruculuq işlərinin aparıldığını görməmişdim. Yaşadığım küçə asfaltlandı, telekommunikasiya xətləri təzələndi.
Hörmətli Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlıq edir, gördüyünüz bütün işləri alqışlayır, Sizinlə fəxr edirik.
Hörmətlə,
Həmidov Bəbir Aşur oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu.