19 fevral 2021, 14:33

Mehdiyev Zahid Məmmədəli oğlundan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bütün Azərbaycan xalqı Sizin Ali Baş Komandanlığınızla gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır. Sizi böyük Qələbə, möhtəşəm Zəfər münasibətilə bütün şirvanlılar və şəxsən öz adımdan təbrik edirəm.

Siz Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydunuz və xalqımızın xilaskarı oldunuz. Ölkəmizdə gedən böyük və sürətli inkişaf, dünya dövlətləri içərisində Azərbaycanın qüdrətli dövlət kimi tanınması və son illərdə qazandığımız böyük uğurlar məhz Sizin adınızla bağlıdır.

“Qarabağ Azərbaycandır!” sözləriniz qələbəmizin rəmzinə, milli qürur, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Biz Sizinlə fəxr edirik, cənab Prezident!

Hörmətlə,

Mehdiyev Zahid Məmmədəli oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaralı kəndi.