11 fevral 2021, 11:13

Atakişiyev Neman Məmməd oğlu və ailə üzvlərindən, Yevlax, Azərbaycan

Əziz Prezidentimiz.

Sizin tapşırığınıza əsasən, bu yaxınlarda bizim yaşadığımız Yevlax rayonunun Qaraoğlan kəndinə yeni asfalt yolun çəkilməsi hamımızın sevincinə səbəb olmuşdur. Bu yol kəndimizə gediş-gəlişi asanlaşdırmışdır.

Biz kənd adamlarıyıq, kənd təsərrüfatı məhsulları əkib-becəririk. Dolanışığımız bu sahə ilə bağlıdır. Əvvəllər kənddə əkib-becərdiyimiz məhsulları bazara çıxarmaqda çətinlik çəkdiyimizdən dəyər-dəyməzinə satırdıq. Bu da ailə büdcəmizə pis təsir edirdi. Yeni yol çəkilməsi ilə Siz bizim bu problemimizi həll etdiniz. Bunun üçün Sizə sonsuz məhəbbətimizi və təşəkkürümüzü bildiririk.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Atakişiyev Neman Məmməd oğlu və ailə üzvləri (4 nəfər).

Azərbaycan Respublikası, Yevlax rayonu, Qaraoğlan kəndi.