11 fevral 2021, 10:00

Məlahət Musayevadan, Naftalan, Azərbaycan

Əziz Prezidentimiz, möhtərəm İlham Əliyev.

Sizin sayənizdə Azərbaycanda əhaliyə sosial dəstək yüksək səviyyədədir. Pandemiya ilə mübarizədə ən inkişaf etmiş ölkələrdən də əvvəl qabaqlayıcı tədbirlərin görülməsi tez bir zamanda faydasını verdi. Vətəndaşların sağlamlığı üçün planlı şəkildə aparılan işlərin nəticəsidir ki, artıq ölkəmizdə yoluxma sayında kəskin azalıb.

Siz uşaqdan böyüyə, cavandan-qocaya qədər hər kəsi düşünürsünüz, insan həyatını hər şeydən üstün tutursunuz.

Sizin humanist və qayğıkeş insanlıq meyarınız dünyadakı bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarımıza sevinir, Ümummilli Liderin təbirincə desək, indi hamımız fəxr edirik ki, azərbaycanlıyıq. Bu gün Sizin sayənizdə üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanır.

Cənab Prezident, bütün bu uğurlara görə Sizə təşəkkür edir, Sizinlə qürur duyuruq.

Hörmətlə,

Məlahət Musayeva

Azərbaycan Respublikası, Naftalan şəhəri.