10 fevral 2021, 13:12
Yusif Axundzadədən, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Məni ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Biz hər zaman Sizin diqqət və qayğınızı hiss etmişik, daim bizə yüksək etimad göstərmisiniz. Bu etimad isə üzərimizə ciddi məsuliyyət qoyur.
Xidməti fəaliyyətimizdə qarşımıza qoyulan tapşırıqları ən yüksək səviyyədə icra edərək göstərdiyiniz qayğıkeş münasibətə layiq olmağa çalışacağıq.
Çox sağ olun, Müzəffər Ali Baş Komandan!
Hörmətlə,
Yusif Axundzadə
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor
Azərbaycan Respublikası, Bakı şəhəri.