18 fevral 2021, 10:00
Mirsəməd Mirsəmədlidən, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən qalib çıxdı. Müharibədən sonra Sizin imzaladığınız sərəncamlarla şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğı Sizin hər bir Azərbaycan vətəndaşının probleminə həssaslıqla yanaşdığınızı göstərir. Bütün xalqın istəyi Sizin əbədi olaraq Azərbaycan Prezidenti olmağınızdır və bu yolda bütün xalq Sizinlədir.
Biz əminik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu yolda Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mirsəməd Mirsəmədli
Azərbaycan Respublikası, Şirvan şəhəri.