Yalçın Əliyevdən, Ağstafa, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən Müharibəsindəki Qələbəmiz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən və qardaşım bu döyüşlərə könüllü qatılaraq, fəal iştirak etdiyimiz üçün qürur hissi duyuruq. Qardaşım hazırda orduda xidmətini davam etdirir. Sizin işğaldan azad olunmuş torpaqlara olan səfərləriniz bizi daha da ruhlandırır və biz Sizinlə daha çox fəxr edirik. Xüsusilə Sizin və Birinci xanım Mehriban Əliyevanın Ağdam Cümə məscidinə ayaqyalın daxil olmağınız həm Sizin dinimizə verdiyiniz dəyərin bariz nümunəsi, həm də dünya müsəlmanlarının bir həmrəylik simvoludur.
Biz fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız və Prezidentimiz var. Allah Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür versin.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əliyev Yalçın İsa oğlu
Azərbaycan Respublikası, Ağstafa rayonu, Poylu qəsəbəsi.