Məzahir Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Bu məktubu yazarkən düşüncələrim məni 44 günlük Vətən Müharibəsinin ağrılı-acılı, həyəcanlı və sevincli günlərinə apardı. O günlərdə Sizin müraciətlərinizi qəlbi Qarabağla, yurd sevgisi ilə döyünən hər bir azərbaycanlı böyük səbirsizliklə gözləyirdi. Çünki Sizin hər müraciətinizdə Qələbə müjdəsi var idi, hər cümlənizdə Azərbaycan tarixi var idi. Siz xalqa təkcə qələbə xəbəri vermirdiniz, həm də Ermənistanın təcavüzkar mahiyyətini açırdınız, Qarabağ haqqında tarixi həqiqətləri mükəmməl və dolğun şəkildə dilə gətirirdiniz. Qəlbimiz qürur hissi ilə döyünürdü. Siz bu müraciətlərlə və dünyanın müxtəlif media orqanlarına verdiyiniz dəyərli müsahibələrlə xalqın Sizə sevgisini və inamını daha da artırdınız, xalqın gözündə daha da ucaldınız. Siyasi iradəniz, əzmkarlığınız və mərdliyiniz ilə Azərbaycanın qələbəsini təmin etdiniz.
Bu il və növbəti illərdə bizi işğaldan azad edilmiş dədə-baba torpaqlarımızda quruculuq işləri gözləyir. Bu işlərdə mən də bir vətəndaş olaraq iştirak etməyə, istənilən tapşırığı vicdanla yerinə yetirməyə hər zaman hazıram. Ulu Tanrı bu yolda köməyiniz olsun!
Hörmətlə,
Əliyev Məzahir Təriş oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.