08 fevral 2021, 11:40

Fərqanə Zülfüqarovadan, Şirvan, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Doğma torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz xalqımızı 30 ildir həsrətini çəkdiyi torpaqlarımıza qovuşdurdunuz. Azərbaycan xalqı Sizinlə qürur duyur.

2003-cü ildən bəri ötən müddətin təcrübəsi göstərir ki, Siz təkcə işğaldan azad edilən ərazilərin dirçəldilməsi və inkişafının deyil, eyni zamanda regionda dövlətlərarası normal qarşılıqlı münasibətlərin qurulmasının ən düzgün yollarını müəyyənləşdirməklə dövrümüzün böyük strateqi olduğunuzu bir daha sübut etdiniz.

Möhtərəm Prezident, Allah Sizi Azərbaycan xalqının, Azərbaycan Ordusunun başının üstündən əskik etməsin.

Hörmətlə,

Fərqanə Zülfüqarova.

Azərbaycan Respublikası, Şirvan şəhəri.