13 fevral 2021, 15:43

Ağabala Ağayevdən, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müdrik siyasətiniz və qətiyyətli mövqeyiniz, qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız böyük Zəfər münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Siz sərkərdəlik məharətinizlə, diplomatik bacarığınızla, dərin analitik təfəkkürünüzlə xalqımızı qalibiyyətə qovuşdurdunuz, ata vəsiyyətini şərəflə yerinə yetirdiniz. Bizə qürurla və sevinclə yaşatdığınız bu möhtəşəm Qələbə əzminə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələcək işlərinizdə yeni-yeni uğurlar diləyirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Ağabala Ağayev

Azərbaycan Respublikası, Sabirabad şəhəri.