Əliyar Əhmədovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən Müharibəsində qazandığımız parlaq Qələbəyə görə Sizi və bütün xalqımızı ürəkdən təbrik edirəm. Siz bu çətin və məsuliyyətli sınaqdan alnıaçıq və üzüağ çıxdınız. Xalqımıza böyük uğur qazandırdınız.
İstər müharibə dövründə, istərsə də tarixi Zəfərdən sonra xüsusi maraqla dinlədiyim bütün çıxışlarınızda və müsahibələrinizdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmək qabiliyyəti müharibənin gedişində xüsusi rol oynadı. Ali Baş Komandan kimi Siz həm siyasi-ideoloji cəbhədə, həm də informasiya müharibəsində qeyri-adi istedad və bacarıq nümayiş etdirməklə xalqımızı qalibiyyətə qovuşdurdunuz. Sizinlə fəxr edirəm və qürur duyuram. Uca Tanrı Sizin kölgənizi başımızın üzərindən əskik etməsin.
İnanırıq ki, xalqımız və dövlətimiz Sizin liderliyinizlə hələ çox qələbələrə, uğurlara imza atacaqdır. Yolunuz açıq və işıqlı olsun, cənab Prezident!
Hörmətlə,
Əliyar Əhmədov
Azərbaycan Respublikası, Sabirabad rayonu, Balakənd kəndi.