11 fevral 2021, 17:40

Ərzuman Babaşovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər münasibətilə ürəkdən təbrik edirəm. Siz xalqımızın 30 illik həsrətinə son qoydunuz. Siz həm döyüş meydanında, həm də siyasi arenada düşməni məğlub etdiniz.

Cənab Prezident, çox sağ olun ki, bizi qalib etdiniz! Sizin qarşınızda baş əyirəm. Biz Sizə ömürlük Prezident olmağınızı arzu edirik. Bu istək bütün vətəndaşlarımızın arzusudur.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Ərzuman Babaşov

Azərbaycan Respublikası, Sabirabad rayonu, Şəhriyar kəndi.