Rəna Hacızadədən, Sabirabad, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Bu məktubu yazmaqla Sizə ürək sözlərimi bildirmək istəyirəm. Allah Sizə ailənizlə birlikdə uzun ömür, cansağlığı versin!
Cənab Prezident, çox sağ olun ki, bizim doğma torpaqlarımızı geri qaytardınız, bununla da xalqımızı qürurlandırdınız, şərəfləndirdiniz. Bu möhtəşəm qələbəyə görə şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə və Sizə borcluyuq. Siz Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdiniz. Sizin rəhbərliyiniz altında Müzəffər Ordumuzun qazandığı bu əzəmətli Qələbədən yüz illər boyu böyük coşqu ilə bəhs ediləcəkdir.
Allahdan bu haqq savaşında canından keçən bütün şəhidlərimizə rəhmət, valideynlərinə isə səbr diləyirəm. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin, cənab Prezident!
Hörmətlə,
Rəna Hacızadə
Azərbaycan Respublikası, Sabirabad şəhəri.