16 fevral 2021, 16:55

Varis Rüstəmovdan, Sabirabad, Azərbaycan

Hörmətli Prezidentimiz, qürurumuz Zati-aliləri.

Rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu haqq savaşında qalib gəldiyimiz üçün hamı kimi, mən də çox sevincliyəm.

Biz hər zaman Sizinlə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə fəxr etmişik, bundan sonra da fəxr edəcəyik, İnşallah.

Allah Sizi, ailənizi, doğmalarınızı hər zaman qorusun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Varis Rüstəmov Rüstəm oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu.