Səma Çobandan, Çanaqqala, Türkiyə
Hörmətli Prezident cənab İlham Əliyev,
Bizim dərnəyimiz Çanaqqalanın mərkəzində yerləşir. Türk uşaq və gənclərinə skaut fəaliyyətini öyrətməklə məşğuluq. Dərnəyimiz milliyyətindən, irqindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq, hamı üçün açıq olan könüllü və şüurlu gənclik hərəkatıdır. Məqsədimiz uşaqları və gənclərimizi layiqli bir vətəndaş kimi yetişdirməkdir.
Böyük bir həyəcanla izlədiyimiz Qarabağ müharibəsində dost və qardaş ölkəmiz Azərbaycanın tarixi zəfərini böyük bir məmnuniyyətlə qarşıladıq. Münasib bir vaxtda ölkənizi ziyarət edib, səmərəli görüşlər keçirmək fikrindəyik.
Sizi böyük qələbə münasibətilə təbrik edirik. Allah türkün yardımçısı olsun!
Hörmətlə,
Səma Çoban,
“Qala” Gənclik Dərnəyinin rəhbəri.
Türkiyə Respublikası, Çanaqqala şəhəri.