08 fevral 2021, 13:43

Zərifə Kərimovadan, Sabirabad, Azərbaycan

Əziz Prezidentimiz cənab İlham Əliyev,

Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz sayəsində, müzəffər Ordumuzun qəhrəmanlığı ilə qazandığımız parlaq qələbəyə və bizə yaşatdığınız böyük qürur, sevinc hisslərinə görə Sizə ürəkdən təşəkkür edirəm.

Siz Azərbaycan xalqını uzun illər həsrətində olduğu doğma torpaqlarına qovuşdurdunuz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. İnanırıq ki, çox yaxında Sizin müdrik siyasətinizin nəticəsi olaraq bütün məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Allah Sizi qorusun! Nə yaxşı ki, varsınız. Siz adınızı qızıl hərflərlə tariximizə həkk etdirən qəhrəmansınız.

Uca Tanrı başladığınız bu haqq yolunda yardımçınız olsun!

Hörmətlə,

Kərimova Zərifə

Azərbaycan Respublikası, Sabirabad şəhəri.