04 fevral 2021, 16:10
Məryəm Əzizovadan, Quba, Azərbaycan
Əziz və dəyərli cənab Prezident,
Sizə sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Xalqımızın başını xain düşmənlərin qarşısında uca etdiyiniz, illərdir ürəyimdəki Vətən həsrətinə son qoyduğunuz, dövlətimizi siyasi və iqtisadi baxımdan yüksək səviyyəyə çatdırdığınız üçün çox sağ olun, cənab Prezident!
Siz bizə sadəcə ölkə başçısı deyil, həm ata, həm oğul, həm də qardaş oldunuz! Xalqınız Sizinlə qürur duyur! Yaxşı ki, varsınız!
Uca Yaradan Sizin başınızı daim uca etsin!
Hörmətlə,
Əzizova Məryəm
Azərbaycan Respublikası, Quba şəhəri.