13 fevral 2021, 15:00

Telli Salahovadan, Şirvan, Azərbaycan

Hörmətli Prezident,

Bütün dünya ölkələri üçün ötən il çox çətin bir il oldu. Dünyanı cənginə almış COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. İndiyədək bütün dünya bu virusla mübarizə aparır. Azərbaycan da bu virusla mübarizə aparır. Sizin göstərişinizlə görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz az itki ilə bu virusla savaşır. Artıq Azərbaycanda da pandemiyaya qarşı tətbiq olunan vaksinasiyaya başlanılır. Ümid edirik və inanırıq ki, dünyanı cənginə alan pandemiya bitəcək və bizlər əvvəlki həyatımıza qayıdacağıq.

Biz Sizə, Sizin yürütdüyünüz siyasətə inanırıq. Bütün Azərbaycan xalqı Sizinlə qürur duyur və daima Sizi dəstəkləyirik.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Telli Salahova

Azərbaycan Respublikası, Şirvan şəhəri.