06 fevral 2021, 10:53

Ələkbər Əsgərovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətiniz sayəsində və qəhrəman Ordumuzun şücaəti ilə qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir və Sizə sonsuz təşəkkürlərimi bildirirəm.

44 günlük Vətən müharibəsində möhkəm iradəniz, qətiyyətli mövqeyiniz və cəsarətinizlə düşmənə “dəmir” yumruq göstərərək, böyük zəfər əldə etdiniz. Buna görə Sizə minnətdarıq. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin!

Sizə cansağlığı, uzun ömür arzu edir, gələcək işlərinizdə uğurlarınızın bol və daha davamlı olmasını diləyirəm.

Hörmətlə,

Əsgərov Ələkbər

Azərbaycan Respublikası, Sabirabad şəhəri.