Elnarə Əsgərovadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən və övladlarım Sizinlə fəxr edirik! Fəxr edirik ki, Sizin kimi müdrik Prezidentimiz var. Biz öz doğma ölkəmizdə güvənli şəraitdə və firavan yaşayırıq.
Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi təbrik edir, bu sevinc və qürur dolu anları bizə yaşatdığınız üçün Sizə ürəkdən təşəkkürümüzü bildiririk. Eyni zamanda dünyada böyük bəlaya çevrilmiş COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ölkəmizdə görülən çoxsaylı tədbirlərə görə Sizə minnətdarlığımızı çatdırırıq. Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Azərbaycanımızın işıqlı gələcəyi, inkişafı naminə apardığınız uzaqgörən və müdrik siyasətinizi dəstəkləyir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Əsgərova Elnarə
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.