Fərhad İsmayılov və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin şücaəti, fədakarlığı və rəşadəti haqqında Azərbaycan tarixinə ibrətamiz, parlaq səhifələr yazdı. Mənfur düşmən üzərində qazanılan bu böyük qələbə Azərbaycan xalqının şöhrətini bütün dünyaya yaydı, Ulu Öndərimiz Heydər Əliyevin bizə əmanət etdiyi Azərbaycanımızın başını göylərə qaldırdı. Siz ümidlərimizi doğrultdunuz, əyilən qəddimizi düzəltdiniz. Qısa bir müddət ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Bu, misli görünməmiş bir qalibiyyət idi. Bu möhtəşəm qələbənin əldə olunmasının əsas memarı, sərkərdəsi Siz oldunuz. Buna görə də Ulu Öndərimiz kimi xalqımızın qəlbində əbədiyaşarlıq qazandınız.
Sizin mahir sərkərdəlik qabiliyyətiniz, güclü diplomatik gedişləriniz qarşısında xain düşmən tab gətirə bilmədi və məğlub oldu. Bununla Siz, ermənilər tərəfindən 1988-ci ildə öz doğma yurdundan - Qərbi Azərbaycandan qovulan 200 min azərbaycanlının başını göylərə qaldırdınız, şəhidlərimizin qisasını aldınız. İndi bütün Azərbaycan xalqı Sizinlə fəxr edir!
Eşq olsun Azərbaycan Prezidentinə! Yaşasın Azərbaycan!
Hörmətlə,
İsmayılov Fərhad Allahverdi oğlu,
Rəhimov Afiq Allahverdi oğlu,
Zeynalov Sürəddin Musa oğlu,
Rəhimov Məhəmməd Şəmiddin oğlu,
Qurbanov Oktay Həsən oğlu və başqaları (160 nəfər),
Göycə mahalının Basarkeçər rayonunun Qanlı kəndindən didərgin salınmış soydaşlarımız.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.