03 fevral 2021, 17:33

Oruc Orucovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Vətən torpaqlarının azadlığı uğurundakı haqq savaşında qazandığımız möhtəşəm qələbəyə görə Sizə ürəkdən təşəkkür edirəm. Sizə uzun ömür, hər şeydən qiymətli olan cansağlığı arzu edirəm. Arzu edirəm ki, bütün istəklərinizə çatmaqda Allah Sizə yardımçı olsun. Böyük Allah Sizə o qədər böyük ürək bəxş edib ki, Siz hamımızın qayğısına qalır və gələcəyimiz üçün yeni, işıqlı yollar axtarırsınız, dəyərli qərarlar verirsiniz.

Mən həmişə Sizin çıxışlarınızı və müsahibələrinizi maraqla izləyirəm. Şuşaya səfəriniz isə bizə bir daha böyük zəfər sevinci yaşatdı. Şuşada Cıdır düzündə öz sözlərinizi dünyaya çatdırdınız. Sizi belə xoşbəxt görəndə sevincim ürəyimə sığmır.

Düşmənlərimiz bu 30 ildə hər gün ərazilərimizi atəşə tuturdular, əsgərlərimiz şəhid olurdu. Siz isə düşmənə qarşı səbir göstərir, kəskin sözünüzü deyirdiniz. Siz səbir etdiniz və sonunda qələbə çaldınız. Sizə eşq olsun! Siz dahi Heydər Əliyevin ideyalarını yaşadan, yolunu uğurla davam etdirən qəhrəman İlhamsınız!

Siz dünyaya sübut etdiniz ki, haqq-ədaləti bərpa edən dahi İlham Heydər oğlu var! Allah Sizi qorusun!

Əziz Şuşa, biz gəlmişik!

Biz səni dirçəldəcəyik!

Əzizimiz Ərdoğanla,

Sizə qonaq gələcəyik!

İki qardaş söz vermişik,

Burda bayram edəcəyik!

Xalqımız bilir ki, səni,

Heç kimə verməyəcəyik!

Evlərini tikəcəyik!

Xarı bülbül əkəcəyik!

Xarı bülbül meydanında,

Sənə keşik çəkəcəyik!

Hörmətlə,

Orucov Oruc Bəbiraslan oğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.