03 fevral 2021, 11:40
Tural Nərimanovdan, Bərdə, Azərbaycan
Müzəffər Ali Baş Komandanım!
Uzun illərdir mən və mənim ətrafımda olan sağlam düşüncəli insanlar Sizin atdığınız bütün addımları və qərarları tam şəkildə dəstəkləyir və yanınızda olduğumuzu bildiririk. Mən Azərbaycanın istənilən bölgəsində Sizin başçılığınızla dövlətimə və xalqıma xidmət etməyə hər an hazıram.
Cənab Prezident, xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlərdə, bu çətin yolda Sizə böyük müvəffəqiyyətlər arzu edirəm. İstər Sizə yaxın olaq, istərsə də uzaq, son nəfəsimizədək Sizi dəstəkləyəcəyik. Yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz. Sizə ürəkdən minnətdarıq!
Hörmətlə,
Nərimanov Tural
Azərbaycan Respublikası, Bərdə şəhəri.