03 fevral 2021, 15:40

Abdullah Dibirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Azərbaycan televiziyasına müsahibənizi çox böyük qürurla izlədim və bu çıxışınıza görə Sizə təşəkkür edirəm. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi müdrik Prezidentimiz var.

Bu müsahibənizlə qəlbim rahatlandı. Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin sayənizdə və öz işini ədalətlə icra edən dövlət məmurları sayəsində bizim ölkəmiz bundan sonra daha da inkişaf edəcək, xalqımızın rifah halı gündən-günə yaxşılaşacaqdır.

Sizə cansağlığı, uzun ömür arzulayır, gələcək işlərinizdə böyük uğurlar diləyirəm.

Hörmətlə,

Dibirov Abdullah

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.