02 fevral 2021, 18:20

Bəhruz Həsənovdan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Bu məktubu yazmaqda məqsədim Sizə ürək sözlərimi bildirməkdir.

Mən bir Azərbaycan vətəndaşı və hərbi qulluqçu olaraq Sizin apardığınız uğurlu siyasəti daim dəstəkləmişəm. Siz 44 günlük haqq savaşında dəmir yumruğunuzla Azərbaycanımızın gücünü bütün dünyaya göstərdiniz. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun vəsiyyətini yerinə yetirdiniz. Bu illər ərzində xalqın etimadını doğruldaraq inamla irəliləyirsiniz.

Cənab Prezidentim, xalqımız Sizə çox güvənir, xalqla irəli! Xalqımız da qürurla deyir: “İlhamla irəli”! Ulu Öndərimizi yaxından görmək mənə heç zaman qismət olmadı. Allah o günü nəsib etsin ki, Sizinlə bir dəfə görüşüm.

Cənab Prezident, Siz əvəzolunmaz bir dövlət başçısı və sərkərdəsiniz. Bu xalq, dövlət, bayraq Sizə əmanətdir. Biz gənclər də hər zaman Sizin köməkçilərinizik. Sizin getdiyiniz yolu həmişə dəstəkləyirik və Sizinlə birlikdə irəliləyirik.

Sizə gələcək işlərinizdə böyük uğurlar arzu edirəm. Allah Sizi qorusun!

Hörmətlə,

Həsənov Bəhruz

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.