Məhəmməd Yusifovdan, Qax, Azərbaycan
Hörmətli Prezidentimiz, bizim qürurumuz Zati-aliləri cənab İlham Əliyev!
Rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu haqq savaşında qalib gəldiyimiz üçün hamı kimi mən də çox sevincliyəm. Biz hər zaman Sizinlə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə fəxr etmişik, bundan sonra da fəxr edəcəyik, İnşallah!
Cənab Prezident, Zaqatala regional qaz idarəsinin xidmət sahəsində 11 ilə yaxındır ki, çalışıram. Vətən müharibəsində mən də bir əsgər olaraq öz borcumu yerinə yetirərək artıq bir aydır ki, evimə, işimə geri qayıtmışam. Çox sağ olun ki, Sizin tapşırığınızla hərbi xidmətdə olduğum müddətdə mənim ailəmə diqqət və qayğı göstərilmiş, aylıq maaşımla təmin olunmuşlar.
Çox sağ olun ki, bizi qalib etdiniz, cənab Prezident. Sizin qarşınızda baş əyirəm. Biz Sizə ömürlük Prezidentimiz olmağınızı arzu edirik. Bu istək Sizi sevən on milyon ölkə vətəndaşlarının arzusudur.
Allah Sizi, ailənizi, doğmalarınızı hər zaman qorusun!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Yusifov Məhəmməd Hacımusa oğlu
Azərbaycan Respublikası, Qax şəhəri.