02 fevral 2021, 11:55
Svetlana Əhmədovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə gördüyünüz bütün işlərinizə görə Sizə təşəkkürlərimi bildirirəm. Azərbaycan xalqına unudulmaz fəxarət anları yaşatdığınız üçün Sizə hədsiz minnətdarıq. Xalqımız Sizi çox sevir və Sizinlə qürur duyur. Nə yaxşı ki, varsınız.
Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Əhmədova Svetlana
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.