02 fevral 2021, 10:00

Aygün Əliyevadan, Bakı, Azərbaycan

Əziz və Müzəffər Ali Baş Komandanımız!

Sizin uğurlu siyasətiniz, güclü Ordumuzun zəfəri bizi doğma torpaqlarımıza qovuşdurdu. Buna görə Sizə minnətdarıq. Sizinlə və Ordumuzla qürur duyuram. Fəxr edirəm ki, belə bir ölkədə böyüyüb boya-başa çatmışam.

Sevinirəm ki, körpəliyimdən didərgin düşdüyüm Şuşama qayıda biləcəyəm. Birinci Qarabağ müharibəsində bizim ailədən əmim şəhid oldu, mən onda çox balaca idim. İndi əmimin yatdığı torpağı ziyarət etmək üçün çox tələsirəm.

Mən ibtidai sinif müəllimliyi üzrə ali təhsil almışam. Hər zaman dua edirdim ki, doğma Şuşamda balaca balalara fəxrlə təhsil verim. Göydə Allah, yerdə Siz olmaqla mən ən böyük arzuma qovuşaram, İnşallah! Orada o gözəl məktəbdə Sizi sevinclə qarşılamağı Allah bizlərə nəsib etsin!

Allahım Sizə sağlam, uzun ömür versin! Allah Sizi qorusun!

Hörmətlə,

Əliyeva Aygün Rövşən qızı,

Şuşa şəhər sakini.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi.