Tofiq Salmanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən müharibəsində qazanılan böyük Zəfər münasibətilə Sizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Sizə həsr etdiyim şeiri ali diqqətinizə təqdim edirəm:
Ulu Öndərimizin yadigarıdır,
Rəcəb Tayyib Ərdoğan həmkarıdır.
Azərbaycan xalqının xilaskarıdır,
Ali Baş Komandan İlham Əliyev.
Dəmir yumruqla döyüldü düşmən,
Nəhayət, qarşında diz çökdü düşmən.
Qardaş xalqlar dedi: Eşq olsun, əhsən
Ali Baş Komandan İlham Əliyev!
Ata vəsiyyəti amalı oldu,
Qarabağ bizimdir! Şüarı oldu.
Qırx dörd günlük döyüşdə o qalib oldu,
Ali Baş Komandan İlham Əliyev.
Azad oldu gözəl Qarabağımız,
Hər eldə ucaldı bayraqlarımız.
Xalqın dedi: Sənsən havadarımız,
Ali Baş Komandan İlham Əliyev.
İgid şəhidlərin ruhu şad oldu,
Qazilərin qəlbi qürurla doldu.
Sənə alqış dedi, müzəffər Ordu,
Ali Baş Komandan İlham Əliyev.
Dünya heyran oldu siyasətinə,
Düşmən qibtə edir şücaətinə,
Xalqın alqış dedi cəsarətinə,
Ali Baş Komandan İlham Əliyev.
Hər zaman xalqın qeydinə qaldın,
Xalqının qəlbində əbədi qaldın,
Qızıl hərflərlə tarixdə qaldın,
Ali Baş Komandan İlham Əliyev.
Qeyrətli oğlusan Azərbaycanın,
Keşiyində durdun Azərbaycanın,
Deyir övladları, Azərbaycanın
Qəhrəman Prezidenti İlham Əliyev!
Hörmətlə,
Salmanov Tofiq.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.