Bəxtiyar Bədəlovdan, Füzuli, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Bu məktubu yazmaqla Sizə ürək sözlərimi bildirmək istədim.
Allah Sizə ailənizlə birlikdə uzun ömür, cansağlığı versin! Ömürdən pay olmaz deyirlər, amma mən deyirəm ki, bu canım Sizə qurban olsun. Çox sağ olun ki, bizim doğma torpaqlarımızı geri qaytardınız, xalqımızın şərəfini və qürurunu özünə qaytardınız. Allahdan bu haqq savaşında canından keçən bütün şəhidlərimizə rəhmət diləyirəm.
İkinci Qarabağ müharibəsində mənim həm Qarabağ qazisi olan qardaşım Allahqulu Bədəlov, həm də oğlum Elgün Bədəlov iştirak ediblər. Döyüş əməliyyatları zamanı iki qardaşım oğlu qəhrəmanlıq göstərərək şəhid olublar.
Sizin tapşırığınızla bütün şəhid ailələrinə, qazilərimizə göstərilən yüksək diqqət və qayğı göz qabağındadır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi başımızın üstündən əskik etməsin, cənab Prezident!
Hörmətlə,
Bədəlov Bəxtiyar
Azərbaycan Respublikası, Füzuli rayonu, Kərimbəyli kəndi.