Natiq Əzizlidən, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bütün Azərbaycan xalqı Sizin komandanlığınızla gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır. Sizi böyük Qələbə, möhtəşəm Zəfər münasibətilə bütün Şirvanlılar və şəxsən öz adımdan təbrik edirəm. Siz Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydunuz və xalqımızın xilaskarı oldunuz. Ölkəmizdə gedən böyük və sürətli inkişaf, dünya dövlətləri içərisində ölkəmizin qüdrətli Azərbaycan kimi tanınması və son illərdə qazandığımız böyük uğurlar məhz Sizin adınızla bağlıdır. “Qarabağ Azərbaycandır və nida” ifadəniz qələbəmizin rəmzinə, milli qürur, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Biz fəxr edirik ki, İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var.
Hörmətlə,
Əzizli Natiq
Azərbaycan Respublikası, Şirvan şəhəri.