Yolağa Ağamaliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Doğma torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz xalqımızı 30 ildir həsrətini çəkdiyi torpaqlarımıza qovuşdurdunuz. Azərbaycan xalqı Sizinlə qürur duyur.
Biz bu qalibiyyəti Sizin komandanlığınızla müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və dəmir yumruq hesabına qazandıq. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, qarşıdakı fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Cənab Prezident, Siz müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə və informasiya məkanında inamlı qələbə qazandınız, bununla da adınızı tariximizin şanlı səhifəsinə qızıl hərflərlə həkk etdirdiniz. Sizin kimi böyük şəxsiyyətlər yüz ildə bir dəfə dünyaya gəlir. Alimlərimiz, şairlərimiz, yazıçılarımız illərlə, əsrlər boyu haqqınızda nə qədər yazsalar belə, yenə də az olar. Biz fəxr edirik ki, Sizin kimi müdrik Prezidentimiz və güclü Ali Baş Komandanımız var. Allah Sizi qorusun!
Mən “Zirə torpağında” və “Nə qədər ömrüm var yazacağam mən” adlı iki kitabın müəllifiyəm.
Sizə həsr etdiyim “Ali Baş Komandan” şeirimi diqqətinizə təqdim edirəm.
Ali Baş Komandan
Sizdən dünya, Azərbaycan danışır,
Rəqiblərimiz uduzmaqla barışır.
Qızıl heykəl adınıza yaraşır,
Ulduzların zirvəsində dayanan,
Ordusuyla qalib gələn Ali Baş Komandan!
Qəlbinizdə Qarabağın həsrəti,
Könlümüzdə Şuşanın xoş təbiəti,
Allah verdi bizə görmək qisməti.
Paşinyana damğa vurdun nə yaman!
Ordusuyla qalib gələn Ali Baş Komandan!
Ey zülmətin şəfəq saçan günəşi,
Söndürdünüz alışdıran atəşi,
Həm bu günün, həm sabahın yaddaşı,
Ürəklərdə yaşayacaq hər zaman
Ordusuyla qalib gələn Ali Baş Komandan!
Hörmətlə,
Ağamaliyev Yolağa
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi.