Ramil Yahyayevdən, Şirvan, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizə inanır və güvənir.
Sizin rəhbərliyiniz və Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad olundu. Doğma Qarabağ torpaqlarımızın azad olunması və qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu böyük sevinci bizə Siz yaşatdınız, bu xoşbəxtliyi bizə Siz bəxş etdiniz. Sizin yürütdüyünüz siyasət biz gənclərə örnəkdir.
Yaşasın Ali Baş Komandan! Yaşasın İlham Əliyev!
Hörmətlə,
Ramil Yahyayev
Azərbaycan Respublikası, Şirvan şəhəri.