12 fevral 2021, 15:57

Aydın Alıyevdən, Şirvan, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin İkinci Qarabağ müharibəsindəki yorulmaz fəaliyyətiniz, qətiyyətli mövqeyiniz, möhkəm iradəniz Azərbaycan dövlətinə və xalqına qələbə qazandırdı. Bu qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə nə qədər təşəkkür və minnətdarlıq etsək də azdır. İstər müharibənin gedişində, istərsə də müharibədən sonra Sizin şəhid ailələrinə və qazilərə diqqət və qayğınız xalqın Sizə olan məhəbbətini daha da artırdı və Sizi xalqın qəlbində ulu öndər Heydər Əliyev kimi əbədiyaşar bir Liderə çevirdi. Hal-hazırda Qarabağa qayıdışla bağlı görülən işlər, Füzulidə tikilən hava limanı, Şuşaya çəkilən asfalt yollar və eləcə də ölkənin hər yerində eyni vaxtda aparılan quruculuq işləri Sizin qətiyyətli addımınızın, uğurlu siyasətinizin və dəmir yumruğunuzun bariz nümunəsidir.

Möhtərəm Prezident, bütün bunlara görə Sizə həm şəxsən öz adımdan, həm də bütün Şirvan şəhər müəllimləri adından dərin ehtiram və təşəkkürlərimizi bildiririk və Sizə çətin və şərəfli işinizdə uğurlar diləyirik.

Hörmətlə,

Aydın Alıyev

Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.