Hüseyn İsmayılovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Ulu Öndərimizin layiqli davamçısı kimi Sizin müdrik siyasətiniz və rəhbərliyiniz nəticəsində bu gün Azərbaycanımız siyasi-hüquqi və iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilmişdir.
Cənab Prezident, respublikamızın qazandığı uğurlarda parlaq zəkası və dərin düşüncəsi, elmi dünyagörüşü və zəngin təfəkkürü ilə dünya miqyasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təmsilçisi, ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin idarə olunmasında xüsusi fəallıq nümayiş etdirən bir ziyalı kimi Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da zəhməti böyükdür. Biz əminik ki, Azərbaycan dövləti bundan sonra da Sizin davamlı inkişafa yönələn strategiyanız sayəsində dünyanın ən qüdrətli, ən güclü ölkələrindən birinə çevriləcəkdir.
Bu yolda Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Hüseyn İsmayılov
Azərbaycan Respublikası, Şirvan şəhəri.