29 yanvar 2021, 14:36

Seymur Hüseynovdan, Neftçala, Azərbaycan

Ulu öndərimiz Heydər Əliyevin davamçısı, millətini, xalqını ürəkdən sevən Azərbaycanın qayğıkeş Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Mən fəxr edirəm ki, Azərbaycan kimi dövlətin vətəndaşıyam. Ona görə ki, Sizin sayənizdə ölkəmiz hər sahədə yüksələn xətlə inkişaf edir. Görülən işlər göz qabağındadır. Siz ölkəmizi dünyanin gözü qarşısında qalib etdiniz. Bütün dünya Azərbaycanın gücünü, qüdrətini gördü və şahid oldu. Şəxsən öz adımdan və ailəm adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Mənim nə qədər ömrüm var Azərbaycan Respublikasına və onun Prezidentinə dəstək olacağıma söz verirəm.

Yaşasın zəfər çalmış Azərbaycan Respublikası, yaşasın Prezidentimiz.

Biz Sizinlə fəxr edirik. Həmişə Sizə dəstək olaraq varıq.

Çox sağ olun. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Seymur Hüseynov

Azərbaycan Respublikası, Neftçala rayonu, Qədimkənd kəndi.