29 yanvar 2021, 12:35

Günay Əlizadədən, Naftalan, Azərbaycan

Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan!

Dövlətimizin inkişafı və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarıq və Sizin uğurlu, məqsədyönlü siyasətinizi hər zaman dəstəkləyirik.

2020-ci ildə əldə etdiyiniz yeni uğurlarla Azərbaycan dövlətinin və xalqının gücünü bir daha bütün dünyaya göstərdiniz. Uzun illər işğal altında olan doğma torpaqlarımızı azad etməklə qazandığımız möhtəşəm qələbə Sizin ən böyük uğurlarınızdan biri oldu. Bu zəfəriniz heç bir zaman unudulmayacaq.

Cənab Prezident, biz Sizinlə fəxr edir, qürur duyuruq. Nə yaxşı ki, varsınız!

Allah Sizi, ailənizi və xalqımızı qorusun!

Hörmətlə,

Əlizadə Günay

Azərbaycan Respublikası, Naftalan şəhəri.