Gəray Ələkbərovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi və bütün Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanmağımız münasibətilə ürəkdən təbrik edirəm.
“Dövlətim var, Ordum var” adlı kitabımda mənim poetik müraciətlərimi və arzularımı həyata keçirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirir, dövlətimizin işıqlı gələcəyi naminə qarşıdakı fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Kitabımdakı müxtəlif vaxtlarda qələmə aldığım şeirlərdən parçaları diqqətinizə təqdim edirəm.
Savalanı taxt eyləyin,
Təbrizi ağbaxt eyləyin,
Şuşanı paytaxt eyləyin,
Şuşada basdırın məni.
(2013)
Xalqın hər oğlu bir nər!
Qəhrəmandır hər əsgər!
Millət olsun səfərbər
Hər kəs yetişsin dada,
Hücum əmri və nida!
(05.10.2019)
Təcavüzə uğrayıblar
Şərəfim, şöhrətim-şanım,
Hücum əmri gözləyirik,
Ey Ali Baş Komandanım!
(14.07.2020)
Qarabağı mənə verin, hava kimi, su kimi,
Qoy Şuşada nəğmə deyim, bircə dəfə qu kimi.
(01.03.2019)
Bu yaz səfərbər olub
Birləşəcək millətim.
Qarabağı alıb da
Mənə fəxri ad kimi
Verəcəkdir dövlətim.
(24.05.2019)
Dövlətimin, xalqımın
Sən ey dostu, dayağı.
Hızırtək köməyə yet,
Qaytaraq Qarabağı!
(03.04.2019)
Hörmətlə,
Ələkbərov Gəray (Göyyurd), şair.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.