Gültəkin Qasımovadan, Şirvan, Azərbaycan
Möhtərəm Prezidentimiz,
İndiyədək heç bir sərkərdənin qazanmadığı bir qələbənin sevincini, qürurunu 44 gün ərzində bizə yaşatdınız. Sizin sayənizdə doğma torpaqlarımız düşmən tapdağından azad olundu, xalqımızın uzun sürən həsrətinə son qoyuldu. Siz dahi şəxsiyyət, hər bir azərbaycanlının qəlbində yaşayan ulu öndərimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirirsiniz. Bu gün onun ruhu şaddır, çünki o, doğma Azərbaycanı hər zaman bugünkü kimi güclü və qüdrətli görmək istəyirdi. Torpaqlarımızı düşmən tapdağından azad etdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, bu çətin, məsuliyyətli və şərəfli işinizdə, Azərbaycanımızın çiçəklənməsi və inkişaf etməsi naminə fəaliyyətinizdə böyük uğurlar diləyirik. Mən fəxr edirəm ki, Azərbaycanımızın Sizin kimi qüdrətli Prezidenti var, həmişə var olasınız.
Hörmətlə,
Qasımova Gültəkin
Azərbaycan Respublikası, Şirvan şəhəri.