Cəfər Məmmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycanın qurucusu və memarı, xalqımızın xilaskarı olan ulu öndərimiz Heydər Əliyev öz həyat və fəaliyyəti ilə Azərbaycanın XX əsr tarixini yazmışdır. Heydər Əliyevin yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə dünyada nadir tarixi şəxsiyyətlər sırasında öz yeri vardır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün bizlər ümummilli liderimiz Heydər Əliyevə minnətdarıq.
Siz isə XXI əsrdə dövlətimizə və xalqımıza qazandırdığınız möhtəşəm qələbə ilə bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini, xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdiniz. Siz qalib sərkərdə kimi adınızı xalqımızın tarixinə qızıl hərflərlə yazdırdınız. Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Nə yaxşı ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var.
Siz insanları ən ali adlarla, mükafatlarla təltif edirsiniz. Məncə Siz özünüz ən yüksək mükafata layiqsiniz! Val olun, Cənab Prezident!
Hörmətlə,
Məmmədov Cəfər,
Birinci qrup əlil, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.