27 yanvar 2021, 15:20
Səbinə Əsgərovadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Bizə yaşatdığınız möhtəşəm qələbə sevincinə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm. 44 günlük Vətən müharibəsində möhkəm iradəniz, qətiyyətli mövqeyiniz və şücaətinizlə düşmənə “dəmir” yumruq göstərərək böyük zəfər qazandınız. Bunun üçün Sizə minnətdarıq. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin!
Biz qubadlılar ata-baba yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. İnanırıq ki, Sizin sayənizdə Qubadlımız əvvəlkindən də gözəl olacaq və bizlər doğma torpağımızda xoşbəxt və firavan yaşayacağıq.
Hörmətlə,
Əsgərova Səbinə Kamal qızı,
Qubadlı rayonu, Aşağı Mollu kənd sakini.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.