Mircamal Talıbzadədən, Gədəbəy, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Qazandığınız böyük müvəffəqiyyətlər münasibətilə Sizi ürəkdən təbrik edirik. Siz Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq, doğma Qarabağımızı işğaldan azad etdiniz. Siz Azərbaycan xalqının milli qürurunu özünə qaytardınız. Hər şeyə qadir olan Allah Sizi və ailənizi qorusun!
Siz dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirirsiniz, onun vəsiyyətini şərəflə yerinə yetirdiniz. Bu gün onun ruhu şaddır, çünki o, doğma Azərbaycanı həmişə bugünkü kimi güclü və qüdrətli görmək istəyirdi. Sizin atanız, ümummilli liderimiz Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti ilə Azərbaycanı parçalanmaqdan xilas etdi. O, öz yorulmaz fəaliyyəti ilə bütün çətinliklərə sinə gərərək, doğma Azərbaycanımızın dünyada tanınması üçün əlindən gələni əsirgəmədi.
Cənab Prezident, Siz Ulu Öndərimizin siyasi xəttini böyük uğurla davam etdirərək, doğma torpaqlarımızı erməni vandallarının işğalından azad etdiniz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Bu gün Azərbaycan xalqı Sizin sayənizdə qalib xalqdır. Xalqımızın qəlbində Siz əbədi bir qəhrəmansınız.
Sizə və bütün Azərbaycan xalqına aydın və təmiz səma altında sülh və firavanlıq şəraitində yaşamağı arzu edirəm.
Hörmətlə,
Talıbzadə Mircamal İbrahim oğlu
Azərbaycan Respublikası, Gədəbəy şəhəri.