27 yanvar 2021, 17:40

Səməd Vurğun küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan

Səməd Vurğun küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin komandanlığınız və müdrik siyasətiniz sayəsində doğma torpaqlarımız erməni vandallarının işğalından azad edildi. Düşmən üzərində qazanılan möhtəşəm qələbə dövlət-ordu-xalq birliyinin bariz nümunəsi oldu. “Biz birlikdə güclüyük!” devizi hər kəsin dilinin əzbərinə çevrildi.

Əziz Prezidentimiz, qazanılan böyük zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik. Nə yaxşı ki, varsınız!

Vətən müharibəsindən sonra Tərtərdə həyat öz axarındadır. Müharibənin dağıtdığı şəhər əvvəlki görkəminə qaytarılır. Küçələr asfaltlanır, kommunikasiya xətləri qaydaya salınır, divarlar bəzək daşları ilə üzlənir. Eyni zamanda bizim yaşadığımız Səməd Vurğun küçəsində də böyük abadlıq işləri aparılır.

İnsanların firavan yaşaması üçün göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident. Fəxr edirik ki, Sizin kimi həmişə xalqını düşünən Prezidentimiz var.

Allah Sizi qorusun!

Hörmətlə,

Səməd Vurğun küçəsinin sakinləri adından,

Əlizadə Türkan,

Aslanova Xatirə,

Musayeva Almaz,

Ələkbərova Sevinc.

Azərbaycan Respublikası, Tərtər şəhəri.