27 yanvar 2021, 11:00
Nicat Məhəmmədovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi şanlı qələbəmiz münasibətilə ürəkdən təbrik edirəm. Bir azərbaycanlı kimi keçirdiyim qürur hissi ölçüyəgəlməzdir. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Sizə uzun ömür, cansağlığı, bu şərəfli işinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Yolunuz daim açıq və uğurlu olsun!
Uca Tanrı Sizi qorusun!
Hörmətlə,
Məhəmmədov Nicat
Azərbaycan Respublikası, Sabirabad şəhəri.