Hasan Karakayadan, Dənizli, Türkiyə
Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev,
Sizlərə səmimi qəlbdən salamlarımı yetirir, Allahdan uğurlarınızın daimi olmasını diləyirəm. Qarabağ zəfərinizi ürəkdən təbrik edirəm. Sizin bu möhtəşəm qələbəniz bizi qürurlandırdı. Böyük qürur və fərəh hissi ilə yazdığım şeiri Sizin diqqətinizə təqdim etmək istərdim.
Azərbaycan
Azərbaycan can baycan
Qurbandır sənə bu can.
Bu aləmin içində
Yaşasın Azərbaycan,
Şad olsun Azərbaycan.
Azərbaycan şahlandı
Qarabağa dayandı,
Ay ulduzlu bayrağı
Göylərdə dalğalandı,
İşğal edilmiş yerlər
Birər-birər alındı.
Başlarında Əliyev
Sanki oldu qoca dev,
Azərbaycan aşqıyla
Yandırır alev-alev.
Əliyev əmr verdi
Ordu savaşa girdi,
Azərbaycan Ordusu
Düşməni yerə sərdi.
Ermənistan pes etdi
Cəbhədən qaçıb getdi.
Ermənistan ordusu
Hər yeri yıxıb getdi.
Azərbaycan əsgəri
Ölür də dönməz geri.
Azərbaycan xalqının
Kutlu olsun zəfəri.
Türkiyənin yanıdır
Azərbaycanın yeri.
Türk milləti qardaşdır,
Göydə ulduza taydır,
İki dövlət, bir millət
Sonsuzadək qardaşdır,
Qiyamətədək qardaşdır.
Hörmətlə,
Hasan Karakaya
Türkiyə Respublikası, Dənizli şəhəri.