28 yanvar 2021, 11:10

Qafur Əhmədovdan, Sabirabad, Azərbaycan

Hörmətli Prezidentim.

Ölkəmizin inkişafı uğrunda fədakar əməyiniz, hamımıza olan əvəzsiz dəstəyiniz danılmazdır və xalqımızın dəyər bilən vətəndaşları bunu çox yaxşı bilirlər.

Cənab Prezident, Sizin komandanlığınız altında şanlı Ordumuzun qəhrəmanlığı ilə qazandığımız möhtəşəm qələbə xalqımızı çox qürurlandırdı. Mənfur erməni işğalçılarının torpaqlarımızdan qovulmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə görə hədsiz sevinirik.

Bizlərə yaşatdığınız bu böyük zəfərə görə hazırda çalışdığım “Azərtexnolayn” MMC-nin bütün əməkdaşları və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm və xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Əhmədov Qafur Əlibala oğlu

Azərbaycan Respublikası, Sabirabad şəhəri.